Azərbaycan Texniki Universiteti nəzdində

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə tələbə qəbulu

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci dövlət təhsil müəssisəsidir. Kollecdə müxtəlif ixtisaslar üzrə ümumi orta təhsil bazasından (9 illik) və tam orta təhsil bazasından (11 illik) tələbə qəbulu aparılır. 9 illik təhsil bazasından Azərbaycan dilində, 11 illik təhsil bazasından isə Azərbaycan və Rus dillərində qəbul aparılır.

Sənəd qəbulu 9 illik və 11 illik təhsil bazasından DİM tərəfindən İnternet vasitəsi ilə aparılır. Ümumtəhsil məktəbinin 9-cu və 11-ci siniflərini cari ildə bitirən abituriyentlər orta məktəbdə buraxılış imtahanın nəticələrinə əsasən müsabiqədə iştirak edir. Orta ümumtəhsil məktəbinin 9-cu və 11-ci siniflərini əvvəlki illərdə bitirən abituriyentlər üçün DİM tərəfindən test üsulu ilə qəbul imtahanı keçirilir. Qəbul imtahanı ümumi orta təhsil bazasından(9 illik) “Azərbaycan dili” və “Riyaziyyat” fənləri üzrə, tam orta təhsil bazasından (11 illik) “Azərbaycan dili”, “Riyaziyyat” və “Xarici dil” fənləri üzrə aparılır.

Bu qaydalarla tanış olmaq üçün DİM –nın internet saytlarına daxil olub və abituriyent jurnallarından istifadə etmək olar.

https://dim.gov.az/

https://www.abiturient.az/

Прокрутить вверх