Haqqımızda
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi
Tarixi
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır.
Kollec müstəqillik illərində

Bakı Dəmiryolu Texnikumunun tarixi
Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır.
1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.
Azərbaycan müstəqillik əldə etdiyi dövürdən 2000-ci ilədək texnikum Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə tabe olmuşdur.
2000-ci ildən etibarən texnikum məlum fərmanla Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.