07.11.2023-cü il tarixində Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 8 Noyabr «Zəfər Günü»nə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən Müharibəsində həlak olmuş Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.
Kollecin təlim tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov geniş çıxış edərək Qarabağın erməni qəsbkərları tərəfindən işğal tarixindən, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin Rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük «Dəmir Yumruq» əməliyyatından , Qarabağın erməni vandallarından azad olunmasından danışmışdır.
Tədbirdə kollecin tələbələrindən Mələk Hacıyeva və Zeynəb Rəcəbli söz alaraq çıxış etmişlər.
Sonda tədbir iştirakçılarına 44 günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.