«Uşaq Hüquqları Aylığı» çərçivəsinda 05.11.2026-cı il tarixində növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə kollecin hüquqşünası Vəfa Hacıyeva qeyd etdi ki, Hər il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili — Ombudsmanının təşəbbüsü ilə Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində – 20 oktyabrdan 20 noyabra qədər ölkəmizdə “Uşaq Hüquqları Aylığı” keçirilir. Bu təşəbbüsün məqsədi uşaqların hüquq və maraqlarının qorunması sahəsində ictimai məlumatlılığın artırılması, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və digər tərəfdaşların bu istiqamətdə səfərbər olunmasıdır.