08 iyun 2026-cı il tarixində Azərbaycan Texniki Universitetin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov çıxış edərək korrupsiyanın cəmiyyətə və dövlətin inkişafına vurduğu zərərdən danışıb. O, gəncləri korrupsiyaya qarşı həssas olmağa, şəffaflıq və dürüstlük prinsiplərinə sadiq qalmağa çağırıb.

Tədbirin məqsədi tələbələr arasında korrupsiyaya qarşı maarifləndirmə işlərinin gücləndirilməsi, onların bu zərərli hallara qarşı mövqeyinin formalaşdırılması və gələcəkdə sağlam cəmiyyətin yaradılmasına töhfə verməkdir.

Kollec rəhbərliyi və müəllim heyəti bu cür maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayır və tələbələri ictimai həyatın bütün sahələrində etik davranışa səsləyir.

Прокрутить вверх