02 iyun 2026-cı il tarixində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbirdə çıxış edən tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov insan hüquqlarının cəmiyyətin inkişafındakı əhəmiyyətindən bəhs etmiş, bu sahədə maarifləndirmə işlərinin vacibliyini vurğulamışdır. Daha sonra söz kollecin hüquqşünası Vəfa Hacıyevaya verilmişdir.

Vəfa Hacıyeva insan hüquq və azadlıqları, eləcə də tələbələrin hüquq və vəzifələri barədə ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmış və mövzu ilə bağlı geniş izahatlar təqdim etmişdir.

Tədbir iştirakçıların fəal iştirakı və marağı ilə başa çatmışdır.

Прокрутить вверх