Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində həmkarlar ittifaqı fəaliyyətində səmərəli işin təşviqi və təhsilin inkişafına verdiyi töhfələrə görə mükafatlandırma mərasimi keçirilib.
Tədbir çərçivəsində kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Musayeva həmkarlar ittifaqı işində səmərəli və fədakar fəaliyyətinə görə kollecin direktoru Bəxtiyar Bəxtiyarov tərəfindən fəxri fərmanla təltif olunub. Qeyd olunub ki, Aygün Musayeva kollektivin sosial-məişət məsələlərinin həlli, əməkdaşların hüquq və maraqlarının qorunması və sağlam iş mühitinin formalaşdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.
Eyni zamanda, Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Musayeva tərəfindən təhsilin inkişafında səmərəli fəaliyyətinə görə kollecin direktoru Bəxtiyar Bəxtiyarov, habelə həmkarlar ittifaqı işində fəallığı ilə seçilən əməkdaşlar — Məmmədov Şahmurad, Salayev, Oktay, Məhərrəmova Samirə, İsmayılzadə Zəhra, Manafova Zaira, İsmayılova Nigar və Əsədova Səbinə fəxri fərmanlara layiq görülüblər.
Təqdimat zamanı vurğulanıb ki, bu mükafatlar kollecin ictimai həyatında fəal iştirakın, sosial tərəfdaşlıq prinsiplərinin möhkəmləndirilməsinin və təhsil mühitinin davamlı inkişafına verilən dəyərin göstəricisidir.
Sonda mükafatlandırılan şəxslərə kollektiv adından təşəkkür edilib, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulanıb.