Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 19.11.2025-ci il tarixdə “Azərbaycan dilinin saflığı” mövzusunda maarifləndirici dərs keçirilmişdir. 
   Dərsi kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Damət Əliyev aparmışdır. Dərsdə qeyd edilmişdir ki,  Azərbaycan dili dünyanın ən zəngin və inkişaf etmiş dillərindən biridir. Dil xalqın böyük var-dövləti, əvəzedilməz sərvətidir. Onunla həyat, varlıq və onun daşıyıcılarının şüurlu və əmək fəaliyyəti ifadə olunur. Dilin maneəsiz inkişafı milli azadlığın zəmanəti və rəhnidir, dilin çiçəklənməsi isə milli rifahın başlıca göstəricisidir. Dil və onun daşıyıcıları, o dərəcədə həyati zəruri əlaqəli və vəhdətdədir, onların birini digərindən təcrid etmək düşünülməz ağılagəlməzdir. Dil insanın əmək fəaliyyəti və insan cəmiyyətinin formalaşması prosesində meydana gəlmişdir. Dil xalqın inkişafının vasitəsi kimi insanların bütün bəşəriyyətlə ünsiyyəti üçün, təbiət qanunlannı və ictimai inkişafı yaxşı dərk etməyə kömək edir. Dilin köməyi ilə insanlar təsəvvürləri və dünyagörüşünü izhar edərək, əvəzedilməz ünsiyyət vasitəsi olaraq, bəşərin inkişafına daim xidmət edir

.
Прокрутить вверх