13.11.2025-ci il tarixində AzTU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə  həsr olunmuş  tədbir keçirilmişdir. 

   Tədbirdə kollecin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ziba müəllimə Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqinda tələbələrə ətraflı məlumat vermişdir.  Ziba müəllimə qeyd etdi ki, Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir. Tədbirdə tələbələr Bəxtiyar Vahabzadənin yaradıcılığından şeirlər söylədilər.

     

 

  

   

Прокрутить вверх