07.11.2025-ci il tarixində AzTU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 8 Noyabr «Zəfər Günü»nə həsr olunmuş  tədbir keçirilmişdir. Tədbirdə kollecin rəhbərliyi başda olmaqla müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbir iştirakçıları Vətən müharibəsi Şəhidlərinin xatirəsini bir dəqəqəlik sükutla yad etdilər. 

     Kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllim çıxış edərək qeyd etdi ki, Bu Zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. Hədd-hüdudu olmayan fərəh, xoşbəxtlik məhz budur! Qazandığımız Zəfər xalq olaraq bizi ölkə rəhbərinin ətrafında ali amal uğrunda «Dəmir yumruq» kimi birləşdirdi. Elə-obaya, vətənin torpağına-daşına, suyuna, aranına-dağına sonsuz sevgi və məhəbbətimizi nümayiş etdirdi. Böyük Qələbə torpaq uğrunda gözünü qırpmadan özünü fəda edən igid oğulların qəhrəmanlığı sayəsində əldə olundu. Xalqımızın ölkə rəhbərinə olan sevgisini, inamını, etimadını daimi yaşadan Qələbə oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı. Azərbaycan «münaqişənin hərbi həlli yoxdur» tezisinin yanlış olduğunu sübuta yetirdi. 

   Tədbirdə kollecin hərbi müəllimləri, Vətən Müharibəsi iştirakşıları  Salayev Oqtay müıllim, Eminov Xəyyam müəllim, Abbasov Mehdixan müəllim və kollecin 2-ci kurs tələbəsi Vətən Müharibəsi iştirakçısı Allahverdiyev Rəşad çıxış edərək keçdikləri döyüş yolundan ətraflı danışaraq öz təəsüratlarını tədbir iştirakşılarına bildirdilər. 

    Tədbirin sonunda kollecin həmkarlar ittifaqı tərəfindən Vətən Müharibəsi iştirakçılarına Fəxri Fərmanlar təqdim olundu.

 

  

   

Прокрутить вверх