05.11.2025-ci il tarixində AzTU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 20 oktyabr-20 noyabr «Uşaq Hüquqları Aylığı» çərçivəsində «Uşaqların Hüquqları: Danış, Dinlə, Qoru» mövzusunda tədbir keçirilmişdir. 

   Tədbirdə kollecin tədris işləri üzrə direktor müavini Şahmurad müəllim mövzu barəsində tələbələrə dolğun məlumatlar verdi. Tədbirin əsas məqsədi uşaqların hüquqları və onların qorunması mövzusunda məlumatlılığın artırılması idi. Kollec tərəfindən hazırlanmış maarifləndirici tanıtım materialları iştirakçılara paylanmış, bu vasitə ilə uşaqların hüquqları haqqında ətraflı məlumat verilib.

  Tədbirin sonunda “Uşaqların Hüquqları” mövzusunda videoçarx nümayiş olunmuşdur. Bu videoçarx Uşaq hüquqlarının qorunmasının vacibliyini və uşaqların hüquqlarına olan diqqətin artırılmasını vurğulamışdır.

  Belə tədbirlər uşaqların hüquqlarının qorunmasına dair cəmiyyətdə daha geniş düşüncə və məlumatlılıq yaratmağa yönəlir.

 

   

Прокрутить вверх