03.11.2025-ci il tarixində AzTU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 20 oktyabr-20 noyabr «Uşaq Hüquqları Aylığı» çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə kollecin hüquqşünası Vəfa Hacıyeva tələbələrə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
Vəfa müəllimə bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci iltarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir.
