30.10.2025-ci il tarixində AzTU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 20 oktyabr-20 noyabr «Uşaq Hüquqları Aylığı» çərçivəsində müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Məmmədov Şahnurad müəllim çıxış etmişdir. Şahmurad müəllim çıxışında qeyd etdi ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmaqla uşaqların hüquqlarının müdafiəsi istiqamətində mühüm beynəlxalq öhdəliklər götürüb.
Hər il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili — Ombudsmanının təşəbbüsü ilə Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində – 20 oktyabrdan 20 noyabra qədər ölkəmizdə “Uşaq Hüquqları Aylığı” keçirilir.
Bu təşəbbüsün məqsədi uşaqların hüquq və maraqlarının qorunması sahəsində ictimai məlumatlılığın artırılması, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və digər tərəfdaşların bu istiqamətdə səfərbər olunmasıdır.