29.05.2025-ci il tarixində Azərbaycan Texniki  Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində “Şəffaflıq və dürüstlük: Korrupsiyaya qarşı birgə mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə tələbələr və müəllimlər aktiv iştirak edərək, korrupsiyanın cəmiyyətə vurduğu zərər və bu bəladan qorunma yolları barədə məlumatlandırılıblar.

Tədbir çərçivəsində korrupsiyanın müxtəlif formaları, onun iqtisadi və sosial təsirləri haqqında təqdimatlar göstərilib. Müəllimlər tərəfindən korrupsiyaya qarşı mübarizənin vacibliyi vurğulanıb və tələbələr arasında şəffaflıq, dürüstlük prinsiplərinin önəmi qeyd edilib.

    Tələbələr tədbirdə fəal iştirak edərək, mövzu ilə bağlı suallar verib və müzakirələr aparıblar. Kollecin ictimai təşkilatları da bu mövzuda maarifləndirici plakatlar hazırlayaraq tədbirin əhəmiyyətini artırıblar.

    Belə tədbirlər gənclərdə korrupsiyaya qarşı məsuliyyət hissini gücləndirməklə, onların gələcəkdə ədalətli və vətənpərvər vətəndaş kimi formalaşmasına xidmət edir.
Прокрутить вверх