Azərbaycan Texniki Universitetinin nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 19.05.2025-cü il tarixində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaqların Hüquqları: Danış, Dinlə, Qoru” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbirdə kollecin tədris işləri üzrə direktor müavini Şahmurad müəllim mövzu barəsində tələbələrə dolğun məlumatlar verdi. Tədbirin əsas məqsədi uşaqların hüquqları və onların qorunması mövzusunda məlumatlılığın artırılması idi. Kollec tərəfindən hazırlanmış maarifləndirici tanıtım materialları iştirakçılara paylanmış, bu vasitə ilə uşaqların hüquqları haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda “İnsan Hüquqlarının Müdafiəsi” mövzusunda videoçarx nümayiş olunmuşdur. Bu videoçarx, insan hüquqlarının qorunmasının vacibliyini və uşaqların hüquqlarına olan diqqətin artırılmasını vurğulamışdır.

Belə tədbirlər uşaqların hüquqlarının qorunmasına dair cəmiyyətdə daha geniş düşüncə və məlumatlılıq yaratmağa yönəlir.

Прокрутить вверх