AzTU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

   Tədbirdə kollecin tərbiyı işləri üzrə direktor müavini Məmmədov  Şahmurad müəllim Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri, müstəqil Azərbaycanın tərəqqisi yolunda gördüyü işlərə həsr olunmuş məruzə ilə çıxış edib.

  Şahmurad müəllim  Heydər Əliyevin fəaliyyətinin 5 dövrü haqqında məlumat verib və hər dövrün necə xarakterizə olunduğunu yığcam şəkildə diqqətə çatdırıb. O,  qeyd edib ki, birinci dövr Heydər Əliyevin xüsusi xidmət orqanlarında çalışdığı 1944-1969-cu illəri əhatə edir. Heydər Əliyev bu illər ərzində yüzlərlə azərbaycanlı ziyalını sovet dövlətinin repressiya və təqibindən qoruyub. Azərbaycana rəhbərlik etdiyi 1969-1972-ci illərdə təyin olunub. Azərbaycan aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrilib. Hər il minlərlə azərbaycanlı gənci SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərməklə ölkənin təhsilinə böyük töhfə verib. 

Прокрутить вверх