Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kollecində 0912.2024-cü il tarixdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində tədbirlər planına uyğun olaraq «Uşaq hüquqlarının müdafiəsi» mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.
Təlimdə kollecin direktor müavini Şahmurad Məmmədov və kollecin psixoloqu Səbinə Mustafayeva çıxış edərək, iştirakçıları müxtəlif mövzular üzrə məlumatlandırıblar.
Çıxışlarda uşaq hüquqları haqqında qanunvericiliyin və qəbul olunmuş beynəlxalq sənədlərin müəyyən etdiyi məsələlər, uşaq yaşlarından psixoloji hazırlılığın aşılanmasının vacibliyi, uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, münaqişələrdən və dini ekstremizmdən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi məsələləri barədə ətraflı məlumat verilib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, mövcud problemlər səsləndirilib və iştirakçıların sualları cavablandırılıb