Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən təlim keçirilmişdir. Təlimdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin əməkdaşları Pərvanə İsmayılova, Elnur Cəfərov, İlahə Haqverdiyeva, Aygül Bağırova və Bakı şəhərində yerləşən orta ixtisas təhsil müəssisələrinin Həmkarlar İttifaqı Komitələrinin sədrləri iştirak edirdilər.
Təlimin məqsədi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) haqqında məlumat vermək və proqramdan praktiki istifadə etmək qaydalarını öyrətmək idi.
Təlimdə Cəfərov Elnur MEİS haqıqında ətraflı məlumat verdikdən sonra proqramda ezamiyyə, məzuniyyət, məktub, təşəkkür, icazə bölmələrini praktiki olaraq yerinə yetirdi.
Bağırova Aygül MEİS-də tədbirin təşkili, tədbirə dəvət, Haqverdiyeva İlahə isə ATİAHİ RK-nə müraciət etmiş ərizəçilərlə bağlı göndərilən məktublar, yollayış və yollayışdan imtina bölmələrini ətraflı izah etdilər.
Təlimin sonunda iştirakçıların bütün sualları cavablandırıldı.