Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kollecin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 10.12.2024-cü il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anım Gününə həsr olunmuş  tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.

     Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər.  

Tədbiri giriş sözü ilə kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri açaraq iştirakçıları salamladı, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdı. Bildirdi ki, Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, müdrikliyində və milli məfkurəyə bağlılığında idi. İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq.

      Sonra çıxış edən tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov Heydər Əliyevin unikal şəxsiyyət, güclü iradə sahibi və siyasət ustası kimi böyük heyranlıq yaratdığını, mükəmməl xarici, həmçinin daxili siyasətinin Azərbaycana qazandırdığı uğurların qürurverici olduğunu dedi. O, Azərbaycanı qüdrətli dövlətə, beynəlxalq auditoriyalarda söz sahibinə çevirən Heydər Əliyevin həyatının çağdaş gəncliyə və bütün gələcək nəsillərə örnək olacağını vurğuladı.

   Kollecin tələbələri Xankişiyeva Zəhra və Hacıyeva Fəridə çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini, dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğuladılar.

Tələbələr Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər. Sonra ümummilli lider Heydər Əliyev haqqında sənədli film təqdim edildi.

    Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda keçirilən inşa müsabiqəsində fərqlənən tələbələr təltif olundu  
Прокрутить вверх