Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 04.11.2024-cü il tarixdə “Molla Pənah Vaqifin əsərlərində təbiəti mühafizə olunması” barədə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbələr ştirak etmişdir.

   Tədbirdə çıxış edən “Azərbaycan dili və ədəbiyyatı” fənn birləşməkomissiyasının müəllimi Salayeva Nigar bildirmişdir ki, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Molla Pənah Vaqif öz bədii yaradıcılığında bənzərsiz poeziya nümunələri yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə inkişafına güclü təkan vermişdir.  Molla Pənah Vaqifin Azərbaycan bədii söz və fikir tarixində özünəməxsus xüsusi rolu olmuşdur.

      Şair müasiri Molla Vəli Vidadi ilə deyişməsində bu misraları dilə gətirərək Qarabağın füsunkar təbiəti ilə yanaşı, “oxunur məclisdə xoş kəlimatı” fikri ilə Qarabağın milli musiqi, sənət, mədəniyyət beşiyinin olması reallığını əks etdirir, Qarabağ xanlığının Azərbaycan tarixindəki əvəzsiz rolunu vurğulayırdı.

Vaqif yaradıcılığında Qarabağın füsunkar təbiətinin tərənnümündə, gözəlliyin vəsf edilməsində sanki mahir bir rəssam kimi çıxış edir, sözün bədii imkanlarından geniş istifadə edərək Azərbaycan təbiətinin rəngarəng, cazibədar portretini yaradırdı. Bu da şairin vətənpərvərliyindən, vətənə olan sonsuz sevgisindən irəli gəlirdi. Baharın gəlişi, təbiətin oyanması, canlanması ilə bağlı şənliklərin təsviri Vaqif yaradıcılığına xüsusi rəng qatır və şair bu hadisələri realist mövqeyindən işıqlandırırdı. Onun məşhur “Bayram oldu” şeiri milli dəyrimiz olan Novruz bayramı mövsümünün qeyd olunmasının realist poetik mənzərəsidir.

    Şairin şeirlərində ana yurdumuzun təbiətinin, havasının, suyunun, torpağının misilsizliyi tərənnüm Beləliklə, milli ədəbiyyatımız tarixində Molla Pənah Vaqif klassik azərbaycançılıq təfəkkürünün poetik təməllərini yaradan və bu ideyanı layiqincə təmsil edən, vətənpərvər, qüdrətli söz sənətkarıdır. Onun bədii yaradıcılığının elm və təhsil müəssisələrində təbliği və tədrisi strateji əhəmiyyət daşımalı, tədris zamanı auditoriyada təbiət, cəmiyyət və şəxsiyyət haqqındakı düşüncələrin məntiqi inkişafına, dünyagörüşün formalaşmasına təsir etməlidir.

     Sonda Molla Pənah Vaqifə aid film nümayiş olunmuşdur.

 

Прокрутить вверх