Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 06.11.2024-cü il tarixdə “COP29-Yaşıl strategiya” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə müəllim və texniki heyəti iştirak etmişdir.
Kollecin Humanitar fənn birləşmə komissiyasının müəllimi Könül Mahmudova “COP29-Yaşıl strategiya” mövzusunda çıxış edərək, insan və təbiət münasibətlərinin yaranma tarixinə toxunub. Bildirib ki, XX əsrdən etibarən ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib.
Digər çıxış edənlər də iqlim böhranının həllində yaşıl strategiya və iqlim dəyişikliyinin idarə edilməsi üçün sosial elmlərin vəzifələri və töhfələrindən danışıblar.
Tədbir iştirakçıları iqlim dəyişikliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyaya çatdırılması üçün dövlət qurumlarının, vətəndaş cəmiyyətinin sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağına, ölkəmizdə iqlim siyasətinin, təbiətin qorunması üçün birgə və faydalı layihələrin həyata keçiriləcəyinə əminliklərini bildiriblər.
Sonda suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb