Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 01.11.2024-cü il tarixdə  “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbirdə çıxış edən direktor müavini Şahmurad Məmmədov bildirmişdir ki, Ermənistan Azərbaycanın işğal altında olmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ekoloji terror aktları törətmişdir. İşğal olunmuş Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və digərləri daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalmışdır. Bu ekoloji terrordur və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır. 

Sonra çıxış edənlər də bildirmişlər ki, “Ermənistan ərazisindən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır. Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranmışdır”.

Sonda Ermənistanın Azərbaycana qarşı ekoloji terroruna aid sənədli film nümayiş etdirilmişdir.

Прокрутить вверх