Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 06.11.2024-cü il tarixdə “Zəfər Günü” və Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə müharibə veteranları, qonaqlar, müəllim və tələbələr ştirak etmişdir.

   Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, Vətənimizin ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan kollecin hərbi rəhbəri Salayev Oktay iştirakçıları salamlayaraq, hər kəsi ərazi bütövlüyümüzün bərpası münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Qələbəmizin əldə olunmasında misilsiz xidmətlər göstərdiyini, xalqımızın qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb.  Tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən bəhs edib.

    Tədbirə qonaq qismində qatılan ATİAHİ Respublika Komitəsinin məsul şəxsi Pərvanə İsmayılova çıxış edərək ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin təbrikini çatdırdı.  Bildirdi ki, Araz müəllimin rəhbərliyi dövründə həmkarlar ittifaqı komitəsində köklü dəyişikliklər baş vermişdir. Belə ki, aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi başlıca istiqamətə çevrilmişdir. Komitəmiz Vətən müharibəsində ailə üzvlərini itirən təhsil işçilərinə, həlak olan təhsil işçilərinin yaxınlarına qayğı ilə yanaşmış, lazımi maddi və mənəvi dəstəyi göstərmişdir və bu davam edəcəkdir.

    “Tarixi Zəfəri bizə bəxş edən müzəffər Ali Baş Komandanımızla fəxr edir, qəhraman Azərbaycan Ordusu ilə qürur duyuruq!” sözləri ilə çıxışına başlayan ATİAHİ Respublika Komitəsinin məsul şəxsi Aygül Bağırova qeyd etdi ki, Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi tariximizə qızıl hərflərlə yazıldı. Döyüş meydanlarında təcəvüzkar ölkə ordusuna vurulan sarsıdıcı zərbələr, dünya diplomatiya savaşında cənab İlham Əliyevin qazandığı parlaq uğur, nəhayət, alınmaz qala olan Şuşanın geri qaytarılması noyabrın 10-da bəyanat imzalaması ilə nəticələndi. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək.

   Sonra çıxış edənlər direktor müavini Şahmurad Məmmədov,  kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Musayeva və tələbə Xankişiyeva Zəhra haqq savaşımız olan Vətən müharibəsinin qələbə ilə başa çatmağından,  Qarabağımızın, işğal olunmuş torpaqlarımızın işğalına tam mənada son qoyulmasından danışdılar.

    Tədbirin ikinci hissəsində tələbələrin iştirakı ilə “Zəfər Günü” və Dövlət Bayrağı Günü”nə həsr edilmiş bədii kompazisiya təqdim edildi.

Sonda 44 günlük Vətən müharibəsi iştirakçılarına və gənc nəslin vətənpərvərlik tərbiyəsində səmərəli fəaliyyət göstərmiş şəxslərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

Bayram tədbiri olduqca coşqu və əsl qələbə əhval- ruhiyyəsi ilə keçirildi..

Прокрутить вверх