Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 25.10.2024-cü il tarixdə “Hüseyn Cavid anadan olmasının 142-ci ildönümü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbələr ştirak etmişdir.
Tədbir giriş sözü ilə açan kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Musayeva Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı xidmətlərindən danışıb, görkəmli dramaturqun yaradıcılığı və əyilməz şəxsiyyəti ilə özündən sonrakı ədəbi nəsillərə bir nümunə olduğunu bildirib.
Sonra direktor müavini Şahmurad Məmmədov çıxış edərək bildirmişdir ki, Görkəmli dramaturqun yaradıcılığına və şəxsiyyətinə ən layiqli qiyməti xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin rəhbərliyi ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və cənazəsinin uzaq Sibirdən tapılaraq Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilib.
Tədbirin bədii hissəsində tələbələrin ifasında Hüseyn Cavidin əsərlərinin bədii qiraəti səsləndirilib.
Sonda Azərbaycan şairi, yazıçı və dramaturqu, romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid irsinin təbliği sahəsində səmərəli fəaliyyətinə görə təltif olunma mərasimi oldu.