Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 04.10.2024-cü il tarixdə “Təmiz ətraf mühit” barədə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbələr ştirak etmişdir.
Tədbir giriş sözü ilə açan direktor müavini Şahmurad Məmmədov bildirmişdir ki, Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamında Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Eyni zamanda, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyi bildirdi. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Sonra çıxış edən kollecin müəllimi Salayev Oktay qeyd etmişdir ki, ölkəmizdə ekoloji maarifləndirmə tədbirlərinin artması, ətraf mühitin mühafizəsi ilə bağlı görülən tədbirlər müsbət nəticəsini verir. Sağlam cəmiyyət üçün təmiz ekologiya ən vacib amillərdən hesab olunur. Azərbaycanda da ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli dövlətin prioritet məsələlərindəndir.
Tədbirin sonunda videoçarx nümayiş olunmnuş, iştirakçılara bukletlər paylanılmışdır.