Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 11.10.2024-cü il tarixdə “Nizami Gəncəvinin əsərlərində təbiəti mühafizə olunması” barədə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbələr ştirak etmişdir.
Tədbiri tərbiyə işləri üzrə direktor müavini Şahmuad Məmmədov giriş sözü ilə açaraq bildirmişdir ki, dünya ədəbiyyatının beş ən görkəmli şairi sırasına daxil edilən dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri bütün dövrlərdə müasirdir, onun toxunduğu məsələlər həmişə öz aktuallığını saxlamışdır. Nizami Gəncəvinin əsərlərində 50-yə qədər heyvan növünün, Azərbaycanda və digər ölkələrdə yetişən çoxsaylı dərman bitkilərinin adı çəkilir. Onun yaradıcılığında fotosintez prosesi, dünyanın yaranışı ilə bağlı məlumatlar, anatomiya, fiziologiya, maddələr mübadiləsi və s. proseslərlə bağlı olduqca qiymətli fikirlər yer almışdır. “Xəmsə”də təbiətdə suyun böyük və kiçik dövranına, okeanların, dənizlərin, çayların, göllərin yaranmasına aid maraqlı məlumatlara da rast gəlirik. Mütəfəkkir şairin qəzəl və qəsidələrindən tutmuş, ölməz “Xəmsə”sinə qədər bütün əsərlərində insanın ekoloji tərbiyəsi ən önəmli yerdə dayanır. Nizami bu məsələni diqqət mərkəzində saxlayaraq insanları təbiəti ümumbəşəri sərvət kimi qorumağa çağırır. Ətraf mühit məsələsi Nizami yaradıcılığında o qədər elmi şəkildə verilmişdir ki, onun dühasına heyrət etməyə bilmirsən. Bu gün bəşəriyyətin üzləşdiyi ekoloji təhlükəsizlik problemini dahi şair sanki 880 il bundan öncə görmüş, insanları təbiəti xilas etməyə, onun qayğısına qalmağa səsləmiş, eyni zamanda, onun həlli yollarını araşdırmışdır.
Tədbirin sonunda Nizami Gəncəvinin əsərlərimdən ibarət videoçarx nümayiş olunmuşdur.