Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı ətraf mühitin qorunmasına dair əlavə məşğələlər təşkil edilərək mütəmadi olaraq keçirilir.
Məşğələlərdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemlərindən, dünyada demoqrafik artımla yanaşı istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlərdən geniş mühazirə söylənilmişdir