Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 10.09.2024-cü il tarixdə “Yaşıl enerjiyə keçid nəyi dəyişəcək” mövzusunda tədbir keçirilmişdir.
Çıxış edənlər bildirmişlər ki, COP29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan nüfuzunu göstərir. Çünki bu tədbir ən mühüm beynəlxalq tədbirlərdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyətində insan amilini əsas məqsəd kimi qarşıya qoyur. Belə konfransın və “yaşıl enerji”yə keçidin əsas məqsədi də məhz Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına, həm də dövlətimizin dünyada söz sahibi olmasına göstərilən yorulmaz səydir. Şübhəsiz ki, bir çox tədbirlər kimi, ölkəmiz COP29-u da uğurla həyata keçirəcək və özünün yüksək təşkilatçılıq bacarığını, insanların sağlamlığına göstərdiyi qayğını dünyaya bir daha nümayiş etdirəcək.
Respublikamız COP29-a ciddi hazırlaşır. Cari ilin fevral ayında 80-dən çox xarici QHT-in iştirakı ilə adıçəkilən konfransdan gözləntilərlə bağlı qlobal məsləhətləşmələr keçirilib. Afrika Səhiyyə Təşkilatları Assosasiyası ilə danışıqlar nəticəsində 109 xarici QHT-in Azərbaycanın COP29-a sədrliyinə dəstək bəyanatı verməsi reallaşdırılıb. Afrikadan olan QHT-lərlə birgə onlayn platforma üzərində Afrika-Asiya Konsorsiumu yaradılıb və COP29-la bağlı ayda bir dəfə görüşlərin keçirilməsinə başlanılıb, eyni zamanda QHT-lərin məlumatlılığının artırılması məqsədilə vebinarlar təşkil edilib.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb.