Kollecdə “İşğal dövründə mədəniyyətimizə vurulan ağır zərbələr” mövzusunda tədbir keçirilmişdir

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 06.08.2024-cü il tarixdə  “İşğal dövründə mədəniyyətimizə vurulan ağır zərbələr” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə direktor müavini Şahmurad Məmmədov açaraq qeyd etmişdir ki, ermənilərin hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilmiş, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilişdir.

Şuşanın zəbt edilməsi nəticəsində isə mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir.

Ağdam tarix-diyarşünaslıq muzeyinin, Qubadlı tarix-diyarşünaslıq muzeyinin, Zəngilan tarix-diyarşünaslıq muzeyinin fondları qarət edilmişdir. Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.

Biz doğma torpaqlarımızı yenidən dirçəldəcəyik. Yenidən o dilbər guşələrdə həyat canlanacaq və bütün Dünya ölkələri buna şahid olacaq. Bütün Azərbaycan arxa və ön cəbhədə bir yumruq kimi birləşib öz əzəli torpaqlarını mənfur düşməndən necə azad etdisə, tezliklə öz insanına həsrət qalan hər qarış torpağını da ayağa qaldıracaq!

 Tədbirdə mövzu ilə bağlı təqdimatlar edilib və müzakirələr aparıldı

Прокрутить вверх