Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 16.07.2024-cü il tarixdə COP29-la bağlı maarifləndirici dəyirmi masa keçirilmişdir. Tədbirdə müəllim və texniki heyət iştirak etmişlər.
Çıxış edənlər Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixində imzaladığı ”Yaşıl dünya naminə həmrəylik ili” haqqında imzaladığı fərmanın əhəmiyyətini qeyd etdilər. Həmçinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyası-COP-29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, bu qərarın verilməsini Azərbaycana böyük hörmət və etimadın göstəricisi olmaqla yanaşı, onun dünya səviyyəsində artan nüfuzunun nəticəsi kimi qeyd eddilər.
Sonda COP29-la bağlı videoçarx nümayiş olunub.