Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 03.07.2024-cü il tarixdə «Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024 cü il üçün Tədbirlər Planının 3.5 Təhsil müəssisələrində-COP 29 çərçivəsində «İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror» mövzusunda təqdimatların keçirilməsi məqsədilə rəsm müsabiqəsinə yekun vurulmuşdur.
Tədbiri giriş sözü ilə direktor müavini Şahmurad Məmmədov açaraq qeyd etmişdir ki, 1990-cı illərdən başlayaraq Ermənistan işğal etdiyi ərazilərimizdə genişmiqyaslı ekoloji terror törətmişdir. Topxana meşəsində adı Qırmızı Kitaba düşən qiymətli ağacların kütləvi qırılması, mövcud su mənbələrinin, çayların zəhərli maddələrlə çirkləndirilməsi, yeraltı və yerüstü təbii sərvətlərin talan olunması və digər çirkin addımların atılması ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur.
Tədbirin sonunda rəsm müsabiqəsində iştirak edən 24 tələbə arasından qalib gələn 6 tələbəyə Fəxri Fərman və qiymətli hədiyyələr verilmişdir.