Kollecdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 12.06.2024-cü il tarixdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqları günü” kimi qeyd olunur və hər il olduğu kimi bu il də Ombudsmanın tərəfindən mayın 18-dən iyunun 18-dək ölkədə İnsan Hüquqları Aylığı elan edilmişdir. Aylığın məqsədi insan hüquqları sahəsində mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək və İnsan hüquqlarını təmin etməkdir.

Əvvəlcə tədbir iştirakçıları kollecin dəhlizində tələbələrin  insan hüquqlarına dair hazırladıqları rəsm sərgisi ilə tanış oldular.

Sonra tədbir akt zalında davam etdi. Tədbirdə çıxış edənlər açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən  və bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən  danışdılar. Mövzunun aktuallığından bəhs edərək ölkəmizdə insan hüquqlarının daima ön planda olduğundan və dövlətimizin bu sahədə gördüyü işlərdən danışdılar.

Kollec  tərəfindən hazırlanmış maarifləndirici tanıtım materialları iştirakçılara paylanıldı.

Sonda “İnsan hüquqlarının müdafiəsi” ilə əlaqədar videoçarx nümayiş olunub.

Прокрутить вверх