Kollecdə “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 05.06.2024-cü il tarixdə  “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda  inşa yazı müsabiqəsinə yekun vurulmuşdur.

Tədbiri giriş sözü ilə direktor müavini Şahmurad Məmmədov açaraq qeyd etmişdir ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin  ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Respublika əhəmiyyətli dəmiryolu xətləri sökülüb və yararsız hala salınıb. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.

Tədbirin sonunda inşa yazı müsabiqəsində iştirak edən 32 tələbə arasından qalib gələn 4 tələbəyə Fəxri Fərman və qiymətli hədiyyələr verilmişdir.

Прокрутить вверх