03 iyun 2024-cü il tarixdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə narkotik vasitələrin və psixotrop maddələrin zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov açaraq zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğuladı, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırdı.
Tədbirdə çıxış edənlıər edənlər geniş təqdimatla çıxış edərək, iştirakçıları zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə barədə məlumat verdilər və tələbələrə müvafiq tövsiyələrini çatdırdılar.
Tədbirin sonunda “Narkomaniya-ağ ölüm” adlı videoçarx nümayiş olundu, tələbələri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim edildi