13 may 2024-cü ildə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində .”Yaşıl dünya — sağlam gələcək” mövzusunda seminar keçirilmişdir.
Seminarda məruzə edən şəxslər 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətlərində ölkəmizdə aparılan işlər haqqında geniş məlumat verdilər.
Sonda verilən suallar cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb