15 may 2024-cü ildə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Azərbaycanın iqlim dəyişmələrinin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi fəaliyyət və COP29-a sədrliyə gətirib çıxaran fəaliyyəti mövzunda dəyirmi masa keçirilmişdir.
Nəqliyyat şöbəsinin tələbə heyəti ilə keçirilən dəyirmi masada məlumatları dinləmiş və diskusiyalarda iştirak etmişlər.
Qlobal iqlim dəyişikliyi ilə mübarizədə xüsusi fəallığı ilə seçilən Azərbaycan dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının da əsas iştirakçılarındandır. Elə 2016-cı il aprelin 22-də Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına imza atan 171 ölkədən birinin məhz Azərbaycan Respublikası olması da bunun bariz nümunəsidir. Paris sazişinə əsasən, ölkəmiz baza ili kimi müəyyənləşdirilən 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasına dair öhdəlik götürüb.
Göründüyü kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar xalqımız üçün olduqca qürurverici bir hadisədir. Bu tədbiri, həm də ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyərin təsdiqidir.
Tələbələr tərəfindən verilən suallar cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.