Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının ərazilərinin erməni vandalizminə məruz qalması

8 may 2024-cü ildə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində COP-29 çərçivəsində “vandalizminə məruz qalması” mövzusunda tədbir keçirilmişdir.

Keçirilən tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak etmişlər.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllim tədbirdə çıxış edərək qeyd etdmişdir ki,  Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının ərazilərində ermənilər tərəfindən ekoloji terror 1992-ci ildən 2020-ci ilə qədər  davam etmişdir. Bölgədə müharibə dövründə xeyli Xan çinarları da məhv edilmişdir. Həmin ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır.

Araz və Kür çaylarının qolları olan uyğun olaraq Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranmışdır.

Tədbirin sonunda videoçarx nümayiş olundu

Прокрутить вверх