Kollecdə Yaşıl dünya naminə həmrəylik ili ilə bağlı tədbir keçirilib

Yaşıl dünya naminə həmrəylik ili ilə bağlı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində aprel ayı ərzində silsilə tədbirlər və ağacəkmə kompaniyası keçirilmişdir. Aprel ayının 29-da keçirilən tədbirdə kollecin direkrorunun müavini Şahmurad Məmmədov və tələbə heyəti iştirak etmişlər.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllim tədbirdə çıxış edərək qeyd etdi ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sözügedən sərəncam ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. Ümummilli liderin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir.

Bu tədbirlər tələbələrin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii  sərvətlərin öyrənilməsi, tələbələrin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqlarını stimullaşdıra bilər. 

Tədbirin sonunda videoçarx nümayiş olundu

 

.
Прокрутить вверх