Kollecdə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

06.04.2024-cü il tarixdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Həmkarlar İttifaqının 2016-2024-cü illəri əhatə edən hesabat-seçki yığıncağı keçirilib.

İclasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə, direktor müavinləri Üzeyir Salehzadə, Şahmurad Məmmədov və kollecin kollektivi iştirak edib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Direktor müavini Üzeyir Salehzadə iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələ haqqında məlumat verib.

Daha sonra, 2016-2024-cü illəri əhatə edən hesabatını təqdim etmək üçün sözü kollecin HİK-nin sədri Aygün Musayevaya verib verib.

Məruzəçi Kollecin Həmkarlar Təşkilatı fəaliyyət dövrü ərzində kollektivin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi köməklikdən, əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsini və mədəni-kütləvi tədbirlərdə iştirakını eyni zamanda, əməkdaşların yay istirahəti təşkil olunduğundan, hər il kollec əməkdaşlarına Dünya Azərbaycanlıların Həmrəylik günü – Yeni il, Novruz bayramı yolka tamaşa biletlərinin təşkilindən danışıb.

Daha sonra direktor müavinləri Üzeyir Salehzadə, Şahmurad Məmmədov və digər iştirakçılar Aygün Musayevanın təşkilata sədrlik etdiyi illər ərzində qurumun nümunəvi fəaliyyəti, işçilərin sosial müdafiəsinin təşkilində prinsipial mövqeyi, bir çox layihələrdə təşəbbüskarlığını xüsusi qeyd ediblər. Təşkilatda nümunəvi təşkilatçı kimi fəaliyyət göstərməsi, işçilərin əməyinin qiymətləndirilməsi, onların asudə vaxtı və istirahətinin təşkili Azərbaycanın dilbər guşələrinə səfərlərinin təşkili, ölkəmiz üçün əhəmiyyətli məsələlərdə fəallığı kimi gördüyü mühüm işlər vurğulanıb və yenidən Aygün Musayevanın namizədliyinin irəli sürülməsini təklif ediblər.

İclacda çıxış edənAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elm və  təhsilin inkişafına yönəlmiş diqqət və qayğıdan danışaraq əlavə edib ki, əldə edilmiş nailiyyətlər  məhz düşünülmüş və məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir.

HİK sədri Aygün Musayeva ATİAHİ RK-nın sədr müavini Mirzə Cəfərzadə tərəfindən Həmkarlar İttifaqında səmərəli fəaliyyətinə görə  Həmkarlar İttifaqı Respublika Komitəsinin “Fəxri Fərman”nı ilə təltif edildi.

Hesabat məqbul hesab edilərək qəbul edilib və qərar layihəsi təsdiq edilib.

Sonra səsvermə yolu ilə Aygün Musayeva təşkilata yenidən sədr seçilib. İclasda Həmkarlar Komitəsinin yeni İdarə Heyətinin tərkibi də formalaşdırılıb.

.
Прокрутить вверх