Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tədbir keçirilmişdir. Tədbirdə Kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak etmişlər. Tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarını xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllim tədbirdə çıxış edərək qeyd etdi ki,  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.  Daha sonra kollecin tələbələri Xocalı soyqırımına həsr olunmuş tamaşa göstərmişdir.

Прокрутить вверх