Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələrinin fiziki aktivlik səviyyəsinin artırılması, onlar arasında sağlam həyat tərzini təbliğ etmək və zərərli vərdişlərə qarşı mübarizə işini gücləndirmək məqsədilə Respublikada keçirilən bütün tədbirlərdə iştirakı təmin olunmuşdur. Belə ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş idman yarışlarında, Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi «Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç» rayon birinciliyində, «Gənclik» tələbə idman cəmiyyətinin Azərbaycan Respublika Şurasının orta texniki təhsili müəssisələrinin tələbələri arasında təşkil etdiyi idman yarışlarında aktiv iştirak edərək layiqli nəticələr əldə etmişlər.