20 Yanvar faciəsi ilə əlaqədar kollecdə tədbir
Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə kollecin rəhbərliyi başda olmaqla kollektivi və tələbə heyəti iştirak etmişdir. Tədbir iştirakçıları 20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllim çıxış edərək qeyd etdi etdi ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit Ut elit tellus.
i