“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində konsultasiya görüşləri baş tutub

31 oktyabr və 2 noyabr tarixlərində Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Bakı və Bakı ətrafı regionlarda, həmçinin bölgələrdə fəaliyyət göstərən orta ixtisas təhsil müəssisələrinin nümayəndələri ilə konsultasiya görüşləri baş tutub.Görüşlərin məqsədi orta ixtisas təhsili müəssisələrinin nümayəndələrini AzMKÇ-nin 5-ci səviyyəsi üzrə kvalifikasiyaların təkmilləşdirilməsində innovasiya və mükəmməlliyi təşviq etmək üçün bir araya gətirməkdir. Görüşlər orta ixtisas təhsil müəssisələrində 5-ci səviyyə üzrə kvalifikasiyaların mövcud vəziyyətini, o cümlədən onların sənayenin tələblərinə və yaranan tendensiyalara uyğunluğunu qiymətləndirməyi, orta ixtisas təhsili müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq və bilik paylaşımını təkmilləşdirməyi, AzMKÇ-nin 5-ci səviyyə kvalifikasiyalar üçün aydın yol xəritəsinin hazırlanmasını hədəfləmişdir.Hər iki görüşdə iştirak edən Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova Azərbaycanda 5-ci səviyyə kvalifikasiyaların inkişafının qarşısında duran çoxsaylı problemlər haqqında dəyərli fikirlər və aydın perspektivlər təqdim etmişdir.Hər iki görüşlərdə iştirakçılar qrup fəaliyyətləri ilə məşğul olub, təhsil çərçivəsini təkmilləşdirmək üçün öz fikirlərini bölüşüblər.Təlim görüşləri qrup təqdimatları ilə yekunlaşıb, burada əsas məqamlar, anlayışlar, razılıq sahələri və əldə olunan nəticələr arasında fikir ayrılıqları müzakirə olunmuşdur.

 

 

Прокрутить вверх