Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində “Uşaq Hüquqlqrı Aylığı” çərçivəsində növbəti tədbir keçirilmişdir

«Uşaq Hüquqları Aylığı» çərçivəasinda 03.11.2026-cı il tarixində növbəti maarifləndirici tədbir keçirilmişdir. Tədbir tələbələrin fəal iştirakı ilə baş tutdu.Gənclərin hüquqi biliklərinin artırılmasına və uşaq hüquqlarının qorunması prinsiplərinin təbliğinə yönəlmiş  görüşlərimiz davam edir.

Tədbirdə  kollecin hüquqşünası Vəfa Hacıyeva tələbələrə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. “Uşaq Hüquqları Aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin  yaxşılaşdırılmasından  ibarətdir.

Прокрутить вверх