09 iyun 2026-cı il tarixində Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində «Məişət zorakılığına yox deyək» mövzusunda müəllim və tələbələrin iştirakı iləgeniş tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru Səbuhi Qurbanov, kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov, «Dayaq» Sosial maarifləndirmə İctimai Birliyin Sədri Hicran xanım Əliməmmədova, Layihənin Eksperti Gövhər xanım Quliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü İradə xanım, Siyasi Elmlər Doktoru Professor Elşad Mirbəşiroğlu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Vəkil Elvina xanım Əliyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Vəkil Zinyət xanım Ağamalıyeva, Göyərçin Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gövhər xanım Vəlixanlı iştirak etmişlər. Tədbirin iştirakçıları çıxış edərək iştirakçılara zorakılıq və məişət zorakılığı, onların növləri, məişət zorakılığına məruz qalmış şəxslərə yardım, mövcud qanunvericilik aktları, həyata keçirilən sosial layihələr barədə geniş məlumat verdilər. Tədbir iştirakçıları tədbirdə iştirak edən tələbə və müəllimlərin suallarını cavablandırdılar.