15 aprel 2026-cı il tarixində Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində “Narkomaniyaya yox deyək” mövzusunda geniş tədbir keçirilmişdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Ağayeva Rəna, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi İbrahimov Anar, kollecin tərbiyə işləri üzrə direktor müavini Məmmədov Şahmurad, hərbi rəhbər Abbasov Mehdixan, hərbi hazırlıq müəllimi Eminov Xəyyam və digər qonaqlar çıxış etmişlər.
Çıxışlar zamanı narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr, gənclərin bu kimi zərərli vərdişlərdən uzaq tutulmasının vacibliyi və sağlam həyat tərzinin təşviqi ilə bağlı ətraflı məlumat verilmişdir.
Tədbirin əsas məqsədi tələbələr arasında maarifləndirmə işinin gücləndirilməsi, onların sağlam və təhlükəsiz gələcəyə yönləndirilməsi olmuşdur.