12 aprel 2026-cı il tarixində Sea Breeze-də qaçış seriyasının ikinci mərhələsi — Sea Breeze Run #2 təşkil olunmuşdur. 10 km məsafəni əhatə edən yarışın təşkilatçısı “Bakı Pulse” olmuşdur. Yarış “Bakı Marafonu”na hazırlıq məqsədi daşıyır.
Tədbirin əsas məqsədi qaçış mədəniyyətini inkişaf etdirmək, insanları idman və hərəkətin müsbət enerjisi ətrafında bir araya gətirməkdir.
Kollecimizin müəllimi Yusubov Adil sözügedən yarışda uğurla iştirak edərək II yerə layiq görülmüşdür.
Müəllimimizi bu nailiyyəti münasibətilə təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!