Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkil edilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq maarifləndirici tədbir keçirilmişdir.

    Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov çıxış edərək WUF13-ün Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, dünyanın 150-dən çox ölkəsindən nümayəndələrin ölkəmizə gəlməsi, minlərlə ekspertin, siyasətçinin, alimin və vətəndaş cəmiyyəti təmsilçilərinin Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq. Bu mühüm tədbir ölkəmizin beynəlxalq imicinə yeni çalarlar qatacaq və Azərbaycan brendinin dünyada daha geniş tanıdılmasına töhfə verəcək.
Прокрутить вверх