“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na  uyğun olaraq 17.11.2025-ci il tarixində Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.  Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak etmişdir. Kollecin tərbiyə işləri üzrə director müavini Məmmədov Şahmurad müəllim tədbir iştirakçıları qarşısında çıxış edərək mövzu ətrafında geniş məlumat vermişdir. Şahmurad müəllim qeyd etmişdir ki, şağlam həyat tərzi üçün aşağıdakı şərtlər vacibdir:

  • Əsas qidalardan istifadə etmək

  • Orqanizmin ağır çəkidən azad olunması

  • əsəblərin sakitləşdirilməsi

  • psixoloji cəhətdən sağlam inkişaf

  • idmanla məşğul olmaq(əsasən yerimək)

  • Erkən yatıb. Erkən durmaq

Sağlam həyat tərzi kiçik addımlardan başlayır:

  • Yatmazdan əvvəl təmiz havada gəzmək

  • Yatmazdan əvvəl yemək yemək məsləhət deyil

  • Yatmazdan bir neçə saat əvvəl yüngül qidalar qəbul etmək lazımdır

Bunun üçün həyatı düzgün yaşamaq lazımdır. İlk növbədə düzgün qidalanmaq lazımdır. Qeyri-sağlam həyat tərzinin qarşısını almaq, fiziki aktivlik olmalıdır. Xəstəliklərin qarşısını almaq üçün düzgün qidalanmaq, meyvə və tərəvəzdən çox istifadə etmək lazımdır. Gündə 200 qram meyvə, 200 qram tərəvəz yemək lazımdır. Gündə 30 dəqiqə fiziki aktivliklə məşğul olmaq, həftədə 150 dəqiqə idmanla məşğul olmaq, zərərli vərdişlərdən uzaq olmaq lazımdır.

Прокрутить вверх