Azərbaycan Texniki Universitetinin nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 22.05.2025-ci il tarixdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə maarifləndirmə tədbirləri çərçivəsində keçirilən növbəti tədbir “Gənclərin Korrupsiyaya Qarşı Mübarizədə Rolu və Məsuliyyəti” mövzusunda keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.
Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov çıxış edərək bildirmişdir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətin hər bir sahəsində təməl dəyər olmalıdır. O, xüsusilə gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyini vurğulamış, onların hüquq və vəzifələri haqqında məlumatlı olmasının ölkənin inkişafı üçün əhəmiyyətini qeyd etmişdir. Şahmurad Məmmədov, korrupsiyanın cəmiyyətin sosial və iqtisadi inkişafına ciddi mənfi təsir göstərdiyini, onun qarşısının alınması üçün hər bir vətəndaşın və dövlət qurumlarının məsuliyyət daşıdığını bildirmişdir.
Tədbirin sonunda iştirakçılara korrupsiyaya qarşı mübarizə, etik davranış və şəffaflığın vacibliyi ilə bağlı məlumatlar təqdim edilmişdir. Həmçinin, iştirakçılar tərəfindən müxtəlif mövzularda suallar verilmiş, müzakirələr aparılmışdır.